“Qaçqınkom”un binasında oğurluq – Mingəçevirdə
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Mingəçevir şəhərində oğurluq hadisəsi baş
verib.
Publika.az xəbər verir ki, Yeni Həyat qəsəbəsinin ərazisində
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin
nəzdində olan yaşayış binasındakı 6 mənzilin su sayğacları
oğurlanıb.
Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış
tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham
Ağamalıyev saxlanılıb.
Hacı Zeynalov