Putini aldatdılar, ABŞ isə güldü…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdəki
çıxışının birinci hissəsində həyatın yaxşılaşacağından danışdı. O
da, onu dinləməyə yığışan elita da yalan dediyini
bilirdi.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına
müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

“Bir neçə ay öncə Putinin elədiyini başqa bir prezident etsəydi,
istefaya gedərdi. O, planşetində amerikalı rejissor Oliver Stouna
kosmik qüvvələrinin Suriyada terrorçuları necə məhv etdiyini
göstərirdi. Sonradan bəlli oldu ki, bu, Baş Qərargahın ona sırınan
kompüter oyunu olub. Eyni formada ona “Sarmat” raketləri sırınıb və
o da buna inanıb. Vaşinqtonun Putinin şantajına cavabı daha aydın
idi. Onlar da dedilər ki, Rusiyanın layihələri barədə Putindən daha
yaxşı məlumatlıdırlar. Kreml əmin idi ki, Qərb onların raketindən
qorxacaq, amma bu, Qərbdə sadəcə gülüş yaratdı.

Putin öz çıxışıyla həm də amerikalılara demək istəyirdi ki,
mənim Ukraynadakı haqqımı tanıyın. ABŞ isə buna “Javelin”
komplekslərini Ukraynaya satmaqla cavab verdi. Yəni Putin
amerikalıları qorxutmaq istəyirdi ki, Ukraynanı ona vesinlər, amma
bu planı alınmadı”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp