Putin sınaqdan keçməyən silahları niyə tələsik göstərdi?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Putin ölkəsinin yeni analoqsuz silahlarını təqdim
etməklə, Rusiyanı nələrəsə məcbur etmək istəklərinin mümkünsüz
olduğunu və azı nüvə raketinə görə Rusiyanın super-dövlət statusunu
qoruyub saxladığını göstərdi.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin
Federal Şuranın iclasındakı çıxışını şərh edən millət vəkili,
politoloq Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə,
Rusiyanın yeni nüvə silahlarına malik olması ABŞ-la soyuq savaş
ehtimalı anlamına gəlmir:

“Bunun üçün Rusiyanın nə idelogiyası, nə iqtisadi gücü, nə də
müttəfiqləri var. Baxın, Amerikanın 60-dan çox müttəfiqi var.
Rusiya isə əslində təkdir. Ona görə ki, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlər də son
davranışına görə Rusiyaya dəstək vermirlər. Belarus, Qazaxıstan,
hətta cılız Ermənistanın belə Rusiyaya dəstəyini görmürük”.

Rusiyanın təqdim etdiyi yeni silahlara gəlincə, millət vəkili
qeyd edib ki, sözügüdən silahlar nəinki sınaqdan keçməyib, heç
nümayiş olunmayıb:

“Ona görə də həmin silahların mövcudluğu və effektiv istifadə
olunacağı ilə bağlı öncədən danışmaq hələ tezdir”.

Politoloqun sözlərinə görə, Rusiya prezidentinin əsas hədəfi
prezident seçkilərində özünə dəstəyi artırmaq idi və Putin bu
hədəfinə çatdı:

“O ki qaldı Putinin hərbi hədələrlə ABŞ, NATO və Avropa
ölkələrini Rusiyanın nazı ilə oynamağa məcbur edəcəyinə, buna
inanmıram”.

Qeyd edək ki, Vladimir Putin 1 martda Rusiyanın ən yeni və
analoqu olmayan silahlarını təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp