Özbəkistan prezidenti İlham Əliyevə başsağlığı verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 2-də
Respublika Narkoloji Mərkəzində çoxsaylı insanın ölümünə səbəb olan
faciə ilə əlaqədar Azərbaycanın dövlət başçısı İlham Əliyevə
başsağlığı məktubu ünvanlayıb.

Özbəkistan lideri məktubunda yanğın nəticəsində ölənlərin ailə
üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət
alanların tezliklə sağalmasını arzulayıb.

2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai
rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin
birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə
Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili
İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti
Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55
nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin
Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı
25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin
Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin
təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik
şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp