“Napoli” və “Latsio” evdə məğlub oldu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İtaliya A seriyasında 27-ci tura start
verilib.
Turun ilk oyununda SPAL evdə “Bolonya” ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Bu gün həm də, həftənin mərkəzi oyunları sayılan “Latsio” –
“Yuventus” və “Napoli” – “Roma” matçları baş tutub. Hər iki oyunda
qonaqlar qələbə qazanıblar. Turin təmsilçisi son dəqiqələrdə
vurduğu qolla sevinibsə, “Roma” “Napoli” üzərində möhtəşəm qələbəyə
imza atıb.
Bazar günü isə bütün diqqətlər Milana yönələcək. Şəhərin iki
əzəli rəqibi – “İnter” və “Milan” “San-Siro”da münasibətlərinə
aydınlıq gətirəcəklər. (Komanda.az)
İtaliya A seriyası, 27-ci tur
3 mart
SPAL – Bolonya 1:0
Qol: Qrassi, 48.
Latsio – Yuventus 0:1
Qol: Dibala, 90+3.
Napoli – Roma 2:4
Qol: İnsinye, 6. Mertens, 90 – C.Ünder, 7. Dzeko,
226; 73. Perotti, 79.
4 mart
15:30 Cenoa – Kalyari
18:00 Atalanta – Sampdoriya
18:00 Benevento – Verona
18:00 Kyevo – Sassuolo
18:00 Torino – Krotone
18:00 Udineze – Fiorentina
23:45 Milan – İnter