Moskvanın mərkəzində prezidentliyə namizədə HÜCUM



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Moskva şəhərinin mərkəzində Rusiya prezidentliyinə
namizəd Kseniya Sobçaka hücum olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, deputat Aleksey Şapoşnikovun şəxsi köməkçisi Alan Zaqoyev
Mixail Qorbaçovun ad gününə həsr olunmuş tədbirin keçirildiyi
Petrovski Yol Sarayının çıxışında Kseniya Sobçaka hücum edib. O,
“Bu, Jirinovskiyə görədir” qışqıraraq Sobçakın üzünə su atıb və onu
itələyib. Nəticədə prezidentliyə namizəd yerə yıxılıb. Sobçakın
mühafizəçiləri xuliqanı tutublar. Əraziyə polis cəlb olunub.

Fevralın 28-də televiziyada seçkiqabağı debatlar zamanı
“Vətəndaş təşəbbüsü” Partiyasından namizədliyi irəli sürülən
Kseniya Sobçak Rusiya Liberal Demokrat Partiyasından namizəd
Vladimir Jirinovskinin üzünə su atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp