Messi karyerasında 600-cü qolunu BELƏ VURDU
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Barselona”nın argentinalı hücumçusu Lionel Messi
karyerasında 600-cü qolunu vurub.
Publika.az xəbər verir ki, ulduz futbolçu
İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda bu
göstəriciyə çatıb.
Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən
möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30
yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb.
Karyerası ərzində 747-ci oyununa çıxan Messi 539 dəfə
“Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində
rəqiblərini məyus edib.