Futbolda 4-cü dəyişikliyə icazə veriləcək
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Futbol Assosiasiyası Beynəlxalq Şurası matçların əlavə
olunmuş vaxtında dördüncü dəyişikliyin edilməsinə icazə
verəcək.
“Report” xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti
məlumat yayıb.
“Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında dördüncü
dəyişikliyin edilməsi məsələsinə martın16-da FİFİA-nın şurasında
baxılacaq”, – deyə təşkilatın mətbuat xidmətinin məlumatında
deyilir.
Qeyd edək ki, dördüncü dəyişiklikdən 2017-ci ildə
Konfederasiyalar kubokunda, Portuqaliya ilə Çili arasında baş tutan
yarımfinal matçında istifadə edilib.
Şura dünya çempionatında videotəkrar sistemini tətbiq edib.