Dərbəndin azərbaycanlı başçısı ev dustağı edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı
Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb.

Publika.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə
Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

Məhkəmə M. Cəlilovun ev dustaqlığına məhkum edilməsi barədə
qərar verib.

İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə
səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar
olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar
çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2,2 milyon rubl ziyan
vurmuş olub. M. Cəlilov azərbaycanlıdır.

Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından
biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından
ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda
korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli
şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də
Mahaçqala meri və baş memarı həbs olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp