Çində ailələrə üçüncü uşaq “icazəsi” verilə bilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq
icazəsi verə bilər.

Publika.az “Report”a istinadən bildirir ki,
təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy
irəli sürüb.

Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik
sessiyasında müzakirə olunacaq.

“İki uşaqla bağlı qanundan gözləntilərlə real effekt arasında
böyük fərq var. O, əhali sayının sürətlə artmasına gətirib
çıxarmayıb, əksinə, doğum səviyyəsinin azalmasına səbəb olub”, –
Ç.Leyuy bildirib.

Çinin Dövlət Statistika Bürosunun məlumatına görə, 2017-ci ildə
Çində 17,23 milyon uşaq dünyaya gəlib. Bu, 2016-cı illə müqayisədə
630 min uşaq azdır.

“Çin üçün vacib olan məsələ yeni doğulanların sayını artırmaq
məqsədilə ailə planlaşdırması siyasətinin yenidən nəzərdən
keçirilməsidir”, – Ç.Leyuy vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir