Bu tarixdə heç bir canlı QALMAYACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ və Böyük Britaniyadan olan alimlər ABŞ-ın Milli
Elmlər Akademiyası üçün birgə hesabatı təqdim ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, hesabata görə, Yer kürəsində ən yaxın bir neçə yüz ildə həyat
insan və canlı orqanizmlərin əksəriyyəti üçün qeyri-mümkün
olacaq.

Alimlər iqlim dəyişikliklərinin təhlükəsini və temperaturun
kritik yüksəlməsini vurğulayırlar. Onların fikrincə, enerjinin
istehlakının nəticəsi olaraq iqlim dəyişiklikləri qaçılmaz olacaq.
Alimlərin sözlərinə görə, temperatur artıq 2200-2400-cü illərdə
bütün heyvanların sağ qalması üçün yararsız olacaq. Qeyd edilir ki,
artıq 2100-cü ildə əhalinin artım tempinin azalması da bu prosesi
dayandırmayacaq.

İqlim dəyişiklikləri ilə yanaşı, alimlər bir sıra başqa riskləri
göstərirlər. Hesabata görə, bu risklər sivilizasiyanın məhvinə
gətirib çıxara bilər. Onların arasında nüvə qışı, pandemiya
(yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir
ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox
ölkələri əhatə etməsinə deyilir – red.), müxtəlif kosmik cisimlərlə
Yer kürəsinin toqquşması, həmçinin süni intellektin inkişafının
gözlənilməz nəticələri kimi risklər var.

Daha əvvəl britaniyalı məşhur fizik Stiven Xokinq xəbərdarlıq
edib ki, Yer planetində davam edən qlobal istiləşmə həyatı dözülməz
edəcək və ultrayüksək temperatura görə planet cəhənnəmə
çevriləcək.

Fizik əmindir ki, istixana qazlarının tullantıları azaldılmasa,
Yer kürəsi səthində 460 dərəcə temperatur olan Veneranın taleyini
yaşaya bilər. Xokinq vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp
Paris İqlim Razılaşmasından çıxmaqla bağlı qərar verməklə planetə
ölüm hökmü çıxarıb.

Qeyd edək ki, Amerika Milli Kosmik Agentliyinin (NASA)
məlumatına görə, 4 milyard il əvvəl Venerada həyat (Günəşə ikinci
ən yaxın planetdir – red.) Yer kürəsindəki indiki həyata oxşar idi.
Venerada iki milyard il boyunca su, atmosfer, bitki və temperaturun
planetimizlə təxminən eynilik təşkil etdiyi deyilir. Ancaq
atmosferində istixana qazlarının toplanması ilə dənizlər və
okeanların məhv olduğu, Veneranın sürəti saatda 300 kilometrə çatan
isti küləklərin olduğu bir planetə çevrildiyi bildirilir.

Nəzərə alaraq ki, Yer kürəsinin yaşı orta hesabla 4,5 milyard
ildən ibarətdir, onda Xokinqin fikrincə, Yer kürəsi artıq 500
milyon il sonra “cəhənnəm”ə çevrilə bilər.

Xokinqin fikrincə, bəşəriyyət sağ qalmaq istəyirsə, ən yaxın
200-500 ildə kosmosda yeni ev tapmalıdır.

Alim hesab edir ki, yaxşı koloniyaların yaradılması üçün Ay və
Mars daha münasibdir. Onun fikrincə, Ay 30, Marsda isə 50 il
ərzində koloniya yaradıla bilər.

Bundan başqa, Xokinq Günəş sistemini tərk etməyi və bizə ən
yaxın ulduzlar sisteminə – “Alfa Sentavra”ya yola düşməyi təklif
edib. Alimlərin fərziyyəsinə görə, bu sistemdə həyat üçün yararlı
olan “Proxima b” planeti mövcuddur. Astrofizik uzaq kosmik
sərhədlərin mənimsənilməsi ilə Amerikanın Xristofor Kolumb
tərəfindən kəşfini müqayisə edib. O, başqa planetlərə miqrasiyanı
insan sivilizasiyasının təbii inkişaf yolu adlandırıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp