Bu gecə cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız
yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq,
Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və
adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində
və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli,
Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz,
Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp