Bakıda siqaret qadağasına necə əməl olunur?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Artıq 2 aydan çoxdur ki, qanunvericiliklə ictimai
yerlərdə tütün məhsullarının istifadəsi qadağan edilsə də, bu
qadağaya ciddi şəkildə əməl edilmir. Hələ də dayanacaqlarda,
kafelərdə və şadlıq evlərində siqaret çəkənləri görmək
olur.

Qanunu pozanlar üçün cərimənin miqdarı müəyyən edilsə də, icra
mexanizmi olmadığından, qaydanı pozub pozmamaq da vətəndaşın öz
insafına qalıb.

Dayanacaqda olan şəxs rahatlıqla siqarət çəkir. Halbuki
qanunvericiliyə əsasən, bu hal qadağandır və bundan vətəndaşın
özünün də xəbəri var.

Yuxarıda deyildiyi kimi, icra mexanizmi olmadığından qanun
pozuntuna yol verən vətəndaş da cərimələnməyəcəyindən əmindir. Bu
pozuntuların ən çox edildiyi yerlərdən biri də restoranlardır.
Halbuki restoranlarda divarlara “siqarət çəkmək qadağandır” lövhəsi
və hətta bu qadağanın hansı maddə ilə tətbiq edildiyini bildirən
yazılar vurulub.

Obyektlərdə siqaretin az çəkilməsi əksər müştəriləri məmnun
edir. Şadlıq evlərində isə bu qanunun əsasən içkili şəxslər
tərəfindən pozulduğu bildirilir.

Qeyd edək ki, bu ilin yanvar ayının 1-də qüvvəyə minmiş “Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna
əsasən, ictimai yerlərdə siqaret çəkən şəxslər 30 manat
cərimələnirlər. Bundan başqa, müəssisələrdə siqaret çəkmək üçün
yerlərin ayrılmasına və görünən yerlərdə “Siqaret çəkmək
qadağandır” xəbərdarlığının olmamasına görə vəzifəli şəxslər 400
manat, hüquqi şəxslər 1000 manat cərimə edilməlidirlər. Bu
cərimlənmənin hansı qurum tərəfindən icra ediləcəyi
dəqiqləşdirilmədiyindən faktiki olaraq bu qaydanı pozanlar
cərimələnmir. (Xəzər TV)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp