Bakıda silahlı şəxslər həbs edildi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bakıda silahlı şəxslərin həbsi ilə bağlı xüsusi
əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəs 18-ci
polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı
şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərov həbs
edilib.
Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd
patron darağı və 5 ədəd patron götürülüb.
Daha bir əməliyyatı Nəsimi rayon Polis İdarəsi 21-ci polis
bölməsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində
şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin
Məmmədov həbs edilib.
Ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd
patron götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov