Azərbaycan və Rumıniya qazın Avropaya tranzitini reallaşdıracaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI
(Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru) uzunmüddətli
perspektivdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin
olunmasında vacib alətə çevrilməkdədir.

Publika.az bildirir ki, bunu Trend-ə Rumıniyanın energetika nazirinin
müavini Yulian Tudoraş deyib.

O bildirib ki, Rumıniya, Azərbaycan və Gürcüstan layihənin
qiymətləndirilməsi mərhələsini başa çatdırmaq və onun işə salınması
prosesini başlatmaq məqsədilə AGRI LNG layihəsi üzərində işləyir:
“AGRI LNG layihəsi enerji əməkdaşlığı və Xəzər regionundan Avropaya
qaz tədarükünün təhlükəsizliyi baxımından böyük əhəmiyyət
daşıyır”.

Qeyd edək ki, AGRI layihəsi Azərbaycan qazının Gürcüstanın Qara
dəniz sahillərindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdə
tutur. Qara dəniz sahilinə çatdırılan Azərbaycan qazı xüsusi
terminalda mayeləşdiriləcək və bundan sonra tankerlərlə Rumıniyanın
Konstansa limanındakı terminala nəql ediləcək.

2017-ci ildə layihənin dəyəri 4,5 milyard avroyadək
qiymətləndirilib. AGRI layihəsinin iştirakçıları SOCAR, Gürcüstan
Neft-qaz Korporasiyası, eləcə də MVM (Macarıstan) və “Romgaz”
(Rumıniya) şirkətləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp