“ASAN Xidmət” rüsumları açıqladı – Bütün xidmətlər və qiymətlər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ASAN Xidmət” göstərdiyi xidmətlərin siyahısını və
xidmətlərin rüsumlarını açıqlayıb.

Publika.az xidmətlərin və bu xidmətlərə görə rüsumların
siyahısını təqdim edir.

Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə
şəxsiyyət vəsiqəsinin verilməsi – 11 manat

Şəxsiyyət vəsiqəsinin verilməsi (16 yaşınadək) – pulsuz

Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (10 gün) – 1
manat

Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (3 iş günü) –
10 manat

Ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya
dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya
onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan
yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki
iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

Bir yaşınadək uşaqlar üçün – 10 manat
Bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manat
Üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manat
On səkkiz yaşına çatmış vətəndaşlara – 40 manat
Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
Bir yaşınadək uşaqlar üçün – 20 manat
Bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manat
Üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manat
On səkkiz yaşına çatmış vətəndaşlara – 80 manat
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
Bir yaşınadək uşaqlar üçün – 40 manat
Bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manat
Üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manat
On səkkiz yaşına çatmış vətəndaşlara – 160 manat
Sürücülük vəsiqəsinin dəyişdirilməsi – 18 manat
Məhkumluq barədə arayışın verilməsi – pulsuz

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların verilməsi – 30 manat

(20 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt
şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h,
7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə
verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h)

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar
dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi – 30
manat

(20 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt
şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h,
7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə
verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h)

Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş
daşınmaz əmlakın qeydiyyatı – 20 manat

(20 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt
şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h,
7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə
verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h)

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış
hüquqlara, onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi – 10 manat

(5 günə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayıt
şəhərlərində və Abşeron rayonunda 3 günə verildikdə 30 manat x/h, 2
günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 3 günə
verildikdə 26 manat x/h, 2 günə verildikdə 30 manat x/h)

Mənzillərə texniki pasportların verilməsi – 50 manat

(Mənzillərin texniki iventarlaşmasının aparılması üçün ümumi
sahəsi 50 m2-ə qədər olduqda 12 manat x/h alınır, və ümumi sahəsi
50-m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə – 0.20 manat
x/h tutulur.)

Fərdi yaşayış evlərinə texniki pasportların verilməsi – 50
manat

(Fərdi yaşayış evlərinin texniki iventarlaşmasının aparılması
üçün ümumi sahəsi 100m2-ə qədər olduqda 22 manat xidmət haqqı
alınır, və ümumi sahəsi 100-m2-dən çox olduqda artıq hər 1 m2 sahə
üçün əlavə – 0.20 manat x/h tutulur.)

VERGİLƏR NAZİRLİYİ

Bankların, birjaların, sığortaçıların, sığorta birlikləri və
brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və
filiallarının qeydiyyatı – 220 manat
Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi
şəxslərin qeydiyyatı – 3 manat

Digər hüquqi şəxslərin qeydiyyatı – 11 manat

Fiziki şəxslərin sahibkarlıq uçotuna alınması – pulsuz

MİLLİ ARXİV İDARƏSİ

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi –
pulsuz

DÖVLƏT MİQRASİYA XİDMƏTİ

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (3 ayadək) –
30 manat

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (6 ayadək) –
60 manat

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (1 ilədək) –
120 manat

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması (tələbələr
üçün illik) – 40 manat

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə
vəsiqəsinin verilməsi və müddətinin uzadılması – 300 manat

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə
vəsiqələrinin yenidən verilməsi – 10 manat

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirmələri üçün fərdi icazələrin verilməsi (1 illik) – 1000
manat

DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi –
pulsuz

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU

Əmək pensiyalarının təyin edilməsi – pulsuz

ƏDLİYYƏ NAZİRLİYİ

(Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı)

Doğumun qeydə alınması – pulsuz

Ölümün qeydə alınması – pulsuz

Nikahın qeydə alınması – 5 manat

Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına çatmamış
ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında) –
15 manat

Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında
) – 15 manat

Nikahın pozulmasının qeydə alınması – 2 manat

(digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş,
yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən
azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə)

Övladlığa götürmənin qeydə alınması – pulsuz

Atalığın müəyyən edilməsinin qeydə alınması – pulsuz

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması –
10 manat

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında
şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi – 2 manat

(Notariat fəaliyyəti)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan
müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi
(müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin,
babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə)
– 20 manat (3 manat x/h)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan
müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi
(müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-Bakı
şəhərində) – 200 manat (30 manat x/h)

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan
müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi
(müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-digər
şəhər və rayonlarda) – 80 manat (12 manat x/h)

Daşınmaz əmlak barədə müqavilənin təsdiqi (yaşayış sahələrinin
müvəqqəti istifadəyə verilməsi üçün) – 20 manat (3 manat x/h)

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin
təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların,
valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının
mülkiyyətinə keçirsə) – 25 manat (3,75 manat x/h)

Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin
təsdiqi (müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə) –
50 manat (7,5 manat x/h)
Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz
istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə
istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya,
nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə) – 10 manat (1,50 manat
x/h)

Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz
istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə
istifadə hüququ digər şəxsə keçirsə) – 15 manat (2,25 manat
x/h)

Kredit müqavilələrinin təminatı kimi bağlanan girov (ipoteka)
müqavilələrinin təsdiqi (dəyəri 2000 manatadək) – 5 manat (0,75
manat x/h)

Kredit müqavilələrinin təminatı kimi girov (ipoteka)
müqavilələrinin təsdiqi (dəyəri 2000 manatdan 5000 manatadək) – 20
manat (3 manat x/h)

Kredit müqavilələrinin təminatı kimi girov (ipoteka)
müqavilələrinin təsdiqi (dəyəri 5000 manatdan çox olduqda) – 30
manat (5500 manatdan çox olduqda 4,50 manat x/h)

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq
müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin
təsdiqi (Bakı şəhərində) – 110 manat (16,5 manat x/h)

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq
müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin
təsdiqi (digər şəhər və rayonlarda) – 44 manat (6,6 manat x/h)

Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti
hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında
bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı
şəhərində) – 55 manat (8,25 manat x/h)

Qarışıq müqavilənin təsdiqi (qanunvericilikdə nəzərdə tutulmuş
güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair
qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka
müqaviləsinin təsdiqi üçün – digər şəhər və rayonlarda) – 22 manat
(3,3 manat x/h)

Vəsiyyətnamələrin təsdiqi – 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər
ər(arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan
ibarətdirsə) – 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflərdən biri
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və
ya hüquqi şəxsdirsə) – 10 manat (1,50 manat x/h)

Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər digər
fiziki və hüquqi şəxsdirsə) – 80 manat (12 manat x/h)

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən
müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə
sazişin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba,
nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) – 10 manat (1,50 manat
x/h)

Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən
müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə
sazişin təsdiqi (tərəflər digər şəxslərdirsə) – 20 manat (3 manat
x/h)

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam
verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə ərə
(arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa,
bacıya verilərsə) – 10 manat (1,50 manat x/h)

Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam
verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə
digər şəxslərə verilərsə) – 20 manat (3 manat x/h)

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa
etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara,
valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə) –
5 manat (0,75 manat x/h)

Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa
etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilirsə) – 10
manat (1,50 manat x/h)

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin qanunla müəyyən
edilmiş bütün növbəli vərəsələrə verilməsi (şəhadətnamənin qanun
üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) – 20
manat

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (vərəsə
digər şəxsdirsə) – 40 manat

Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə
əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin
verilməsi – 10 manat
Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi
(hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların
düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin
eyniliyinin təsdiqi – 2 manat və sənədlərdən surət və çıxarışların
düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat
(dövlət rüsumu məbləğində x/h)

Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin
imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün – 2 manat

Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi
(dublikat) – 5 manat

Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi – 20
manat

Dəniz protestlərinin tərtib edilməsi – 20 manat

İcra qeydlərinin aparılması – 10 manat

Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və
bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət
orqanlarına və bələdiyyələrə verilməsi – 5 manat

Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış
vaxtda qəbul edilməsi – 5 manat

Notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş
üzrə iş yerindən kənarda aparılması (1 saat üçün) – 10 manat
(notariusun iş yerindən kənarda notariat hərəkətlərinin
aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5
manat)

Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina
(protest) aktlarının rəsmiləşdirilməsi – 5 manat

Xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair apostil
verilməsi üçün sənədlərin qəbulu – 10 manat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan
çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların
hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması –
pulsuz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp