Almaniyada qadının evindən 54 saxta Azərbaycan pasportu tapıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Almaniyanın Düsseldorf şəhərinin hava limanında
Azərbaycan vətəndaşlarının bu ölkəyə qanunsuz girişini təşkil
etməkdə ittiham olunan azərbaycanlı qadın saxlanılıb.

Virtualaz.org alman kütləvi informasiya
vasitələrinə istinadən xəbər verir ki, 51 yaşlı qadın ən azı 7
nəfərin Almaniyaya qanunsuz girişini təşkil etməkdə
günahlandırılır. Bu xidmətlərinə görə o, təxminən 30 min avro
qazanc əldə edib. Gettingen şəhərinin prokurorluğu sözügedən
qadının həbsinə order verib. Hazırda o saxlanılıb.

Mənbəyə əsasən, cinayət əməlləri 2016-cı ilin yanvar ayından
sentyabrına qədər törədilib. Faktlardan biri Bakıdakı turizm
agentliklərindən biri vasitəsilə Praqaya səfər etmiş yeni ailəvi
cütlüklə bağlıdır. Belə ki, onlar Çexiya səfirliyindən bu ölkəyə
bal ayına getmək üçün viza alıblar.

2016-cı ilin iyun ayında cütlük Praqadan Almaniyaya yollanıb.
Biletlər əvvəlcədən ittiham olunan qadın tərəfindən alınıbmış.
Almaniyada qadın yeni evlənmişlərin pasportlarını əllrindən alıb və
onlar Bilefeld şəhərindəki sığınacaq tələb etmiş şəxslərin
yerləşdirildiyi mərkəzə gətiriliblər. Bu xidmətinə görə qadın
cütlükdən 2500 avro alıb.

2016-cı ilin sentyabrında azərbaycanlı qadın 3 nəfərdən ibarət
ailəyə kömək edib və qarşılığında 10300 avro alıb. Bu halda da
azərbaycanlılar Almaniyaya Çexiya vasitəsilə keçiblər.

Üçüncü hal da 2016-cı ilin sentyabrında baş verib. Bu dəfə
azərbaycanlılar Dortmunda Budapeştdən gəliblər və sənədlərini 19200
dollarla birlikdə ittiham olunan qadına veriblər. Onlar da
əvvəlkilər kimi, Bilefelddəki mərkəzə çartdırılıblar.

İstintaq güman edir ki, qadının digər analoji cinayət
əməllərində də iştirakı var, belə ki, onun mənzilində aparılmış
axtarış nəticəsində 54 Azərbaycan pasportu və sürücülük vəsiqələri
tapılıb. Araşdırma davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp