Şahzadə toyuna xalqı da ÇAĞIRDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Britaniyanın taxt-tacının vərəsələrindən olan Şahzadə
Harri və Amerika aktrisası Meghan Marklenin may ayındakı toyuna
sadə xalqdan da qonaqlar dəvət edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, mayın 19-da baş tutacaq toya sadə xalqdan 2640 nəfər dəvət
edilib.

Bununla bağlı verilən açıqlamada bildirilib ki, həmin şəxslər
gəlinlə bəyin gəliş-gedişini, eyni zamanda qonaqların saraya
gəlmələri və keçid mərasimini izləyə biləcək.

Açıqlamada o da vurğulanır ki, cütlük İngiltərənin dörd bir
yanından krallıq təmsilçiləri tərəfindən seçiləcək güclü, liderlik
göstərmiş və cəmiyyətə xidmət etmiş 1200 gəncin də dəvətlilər
siyahısına daxil edilməsini istəyib.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp