Sən demə, xanımların burnu buna görə BÖYÜK GÖRÜNÜR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Selfi burnu” yeni nəslin əsas problemlərindən birinə
çevrilib. Hətta insanlar şelfi çəkərkən burunlarının daha kiçik
görünməsi üçün burun əməliyyatlarına maraq
göstərirlər.

Publika.az xəbər verir ki, bu barədə Rutgers
Nyu Cersi Tibb Fakültəsinin üz estetik cərrahı Boris Paskover
deyib. Cərrah bildirir ki, əslində həmin insanların burunları
şəkildəkindən daha kiçik olur.

“Bunu desək də, insanlar selfi şəkillərində burunlarının daha
kiçik görünməsi üçün əməliyyat etdirməkdə israrlı olur. Onlara
selfi zamanı burunlarının balaca görünməsi üçün bir selfi çubuğu,
yaxşı bir fotoaparat və ya şəkil çəkmək üçün yaxşı bir dost
tapmalarını məsləhət görürəm. Əlbəttə, bu məsələdə köhnə bir üsul
isə fotoşopu unutmamalıyıq”.

2017-ci ildə Amerikanın Plastik və estetik cərrahiyyə
akademiyası tərəfindən aparılan anket sorğuya görə plastik
cərrahların 50 faizdən çoxu yaxşı bir selfi üçün əməliyyat olunmaq
istəyən xəstə qəbul edib.

B.Pakover isə selfi çəkərkən burunun normaldan böyük göründüyünü
deyir:

“Bəlkə də, yaxşı bir portret şəklinizi görənə qədər burnunu
estetik əməliyyat etdirmək barədə gözləməlisiniz. Çünki selfi
zamanı alınan görüntü əslində reallığı göstərmir. Xəstələr
telefonlarında çəkdikləri selfini göstərib “Bax burnum nə qədər də
böyükdür” deyir. Lakin mən burunlarının əslində o qədər böyük
olmadığını sübut etmək üçün çox çalışdım. İnsan başı yaratmaq üçün
bir kompüter mühəndisi ilə görüşdüm. Mütəxəssisin qrupu ilə
birlikdə 30 sm məsafədən çəkilən selfi və portret şəkildə insan
burnunun normaldan nə qədər çox böyük göründüyünü hesablayıb.
Hesablamalara görə, yaxından çəkilən şəkillər burnun görüntüsünü
təhrif edir. Bu zaman kişilərin burnu 30, qadınlarınkı isə 29 faiz
daha böyük görünür”.

Amerikanın texnologiya və media istiqamətli xəbər saytlarından
birinin rəhbəri Ceyms Bareham bildirib ki, yeni nəsil telefonların
çoxundakı linzalar yaxın məsafədən çəkilişlərdə görüntünü
pozur.

“Nəsnələrin kameraya daxın olması burnun daha böyük görünməsinə
səbəb olur. Bəzi telefonlarda selfidə görüntünü daha yaxşı alınması
mümkündür. Lakin ən yaxşı üsul şəkli mümkün qədər uzaqdan
çəkməkdir. Bu mənada qolu uzun insanların çəkdiyi selfidə nəticə
qısa qollulara nisbətən daha uğurlu olur”, – deyə C.Barahem
bildirib.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp