rayonlara nəzarəti BMT-yə vermək və XÜSUSİ STATUS



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Beynəlxalq sülhməramlıların yerləşdirilməsindən sonra
Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olmayan
rayonlarında yerli seçkilərə hazırlıq üçün 6 ay lazım ola
bilər.

Publika.az UNİAN agentliyinə istinadən xəbər
verir ki, bu haqda “Hudson Institute” analitik mərkəzində ABŞ
Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker
bildirib.

Həmçinin o, qeyd edib ki, sülh missiyasının tətbiqi Donbasda
nəzarətin əvvəlcə BMT, daha sonra Ukraynaya ötürülməsinə kömək
etməlidir. Amerikalı diplomat Donetsk və Luqansk vilayətlərinin
Kiyevin əlində olmayan rayonlar üzərində nəzarətin BMT-yə
ötürülməsini aralıq mərhələ adlandırıb.

“Bu müddətdə yerli seçkilər keçiriləcək, təhlükəsizlik təmin
ediləcək, amnistiya olacaq və xüsusi status möhkəmləndiriləcək.
Daha sonra isə bu rayonlar Ukraynanın nəzarətinə keçəcək”, – Volker
əlavə edib.

Diplomat vurğulayıb ki, Ukrayna regiona xüsusi statusun
verilməsi üzrə artıq müvafiq addımları həyata keçirir. ABŞ-ın
xüsusi nümayəndəsi qeyd edib ki, Rusiyadan da müvafiq addımları
gözləyirlər.

“Siz gördünüz ki, Ali Rada artıq qanunvericiliyi qəbul edib.
Burada Donbasa xüsusi status təklif edilir. Onlar həmçinin
amnistiya üzrə qanunvericiliyi bəyəniblər və sənəd imzalanmaq üçün
prezident masasındadır. Amma atəşin dayandırılması, ağır silahların
təmas xəttindən aparılması və təhlükəsizlik yoxdur. Buna görə də
prosesdə irəliləmək üçün Rusiya tərəfdən də ikitərəfli addımları
görməyə ümid edirik”, – o söyləyib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp