Qızı Tahir Əkbərin son anlarını ANLATDI: “Bunu deyəndə gözlərindən yaş axdı…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi
Tahir Əkbərlə keçirilən vida mərasimində iştirak edən qızı Bəhriyyə
atası haqqında ürək sözlərini Publika.az-la bölüşüb:

“Atam noyabrın ikisində insult keçirdi, nə danışa, nə də ki,
yaza bilirdi. Heç mənə vəsiyyət etməyə imkanı olmadı. Amma son
anına qədər yanında oldum. Səhhəti dünən lap pisləşdi, bununla belə
ümid edirdim ki, bəlkə möcüzə baş verər, bəlkə sağalar…

Son anlarında atamın yanına gedib ona söz verdim ki, əsərlərinə
sahib çıxacağam. Ona musiqilərini nəinki Azərbaycanda, bütün türk
dünyasında yaşadacağama söz verdim. Bu sözləri deyəndə atamın
gözlərindən yaş axdı, ağrımızı hiss edirdi. Sonuncu sözlərim o oldu
ki, ata səni çox sevirəm, bilirəm ki, vidalaşmaq bizim üçün çox
çətindir. Atam olmadan yaşamaq çox ağırdır, amma onun əsərlərinə
görə yaşamalıyam.

Heyf ki, vəsiyyət edə bilmədi, son sözünü deyə bilmədi, bununla
belə bir övlad kimi öz borcumu yerinə yetirdim. Atamı hələ nə qədər
dinlənilməyən musiqiləri var, onların hər biri dəryadır.
Yavaş-yavaş üzə çıxaracam”.

Aytən,

Foto: Elnur Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp