Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan
Prezidenti İlham Əliyevə başsağlığı verib.
Publika.az-ın xəbərinə görə, başsağlığında
deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın paytaxtı Bakı
şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və
xəsarət alması xəbəri bizi çox kədərləndirdi.
Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına,
həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı
verir və kədərinizə şərik olduğumu bildirirəm.
Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir
diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.