Məşhur modellər Azərbayacanda podiuma çıxdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çağla Şıkel, Özge Ulusoy, Vilma Elles, Tuba Melis Türk,
Ege Begüm Yücetan, Şəbnəm Şefer, Mərvə Büyüksaraç, həmçinin Günay
Musayeva dünən Bakının qonağı olub.

Publika.az xəbər verir ki, məşhur modellər
Azərbaycana bir moda evinin dəfiləsində çıxış etmək üçün gəlib.
Türkiyəli modellər podiumda dizaynerlərin 2018 yaz-yay məhsullarını
nümayiş etdirib.

Podiumlarda bir neçə dəfə qəza nəticəsində yaxası açılan və
sinəsi görünən Günay Musayeva sinə dekoltesi ilə diqqət mərkəzində
olub.

Çağla Şikel, Vilma Elles və Özge Ulusoy mətbuat nümayəndələrinin
suallarını cavablandırıb. Onlar qardaş ölkə Azərbaycanda olduqları
üçün çox xoşbəxt olduqlarını deyib. İlk dəfə Bakıya gəldiyini
bildirən Çağla Şikel təşkilatçılardan çox razı qaldığını deyib:

“Atam əslən azərbaycanlıdır. Burada insanların söhbətlərini
eşidəndə həmişə nənəm yadıma düşür”.

Özge Ulusoy isə Bakının gözəlliyinə heyran qaldığını deyib:

“Bakı çox gözəl şəhərdir. Bizi də çox sevirlər. Biz də onları
çox sevirik”.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp