Məkkədə qadınlar üçün marafon – İLK DƏFƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə
krallıq ərazisində qadınlar arasında marafon yarışının
keçirilməsinə icazə verib.

Trend-in məlumatına görə, qaçış marafonu bu ilin aprelində
Məkkədə qapalı məkanda keçiriləcək.

Marafonun baş tutacağı zalın sahibi olan “Əl-Vəhda” klubunun
prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının
iştirak etməsi üçün əllərindən gələni edəcəklər.

Marafonda 18 yaşından yuxarı zərif cinsin nümayəndələri iştirak
edə bilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, bu ilin fevralın 24-də Səudiyyə Ərəbistanında ilk
beynəlxalq marafon keçirilib. Burada 28 min səudiyyəli və digər
ölkələrin nümayəndələri iştirak edib. Qalib gələn efiopiyalı
idmançı 267 min dollar mükafata sahib olub. Yarışın ən qocaman
iştirakçısı 79 yaşlı ərəb olub.

Məlumat üçün bildirək ki, son illərdə Səudiyyə Ərəbistanında
qadınlara bir sıra hüquqlar verilib. Bunların arasında futbol
matçlarını izləmək, idmanın müxtəlif növləri ilə məşğul olmaq,
fitness mərkəzlərdə məşqlər etməyi göstərmək olar. Bununla yanaşı,
qadınlar sürücülük vəsiqəsi əldə edə və avtomobildən istifadə edə
bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp