Kiyevdə Saakaşvilinin şəhərciyi dağıdıldı – FOTO/VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Kiyevdə Ali Radanın qarşısında qurulan çadır şəhərciyi
istintaq hərəkətləri çərçivəsində dağıdılıb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən
xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin kommunikasiyalar
departamentinin direktoru Artyom Şevçenko bildirib.

“Heç bir hücum deyildi. Polis səhərin 7:00-dan qanuni istintaq
hərəkətlərini həyata keçirməyə başladı”, – Şevçenko qeyd edib.

Onun sözlərinə görə, nümayşçilər istintaq hərəkətlərinin icra
edilməsi zamanı polisin müqavimət göstərirdilər. Departament
direktoru 39 nəfərin saxlanıldığını söyləyib. Şevçenko qeyd edib
ki, qarşıdurmalar nəticəsində 14 nəfər zərər çəkib, onlardan 3-ü
polisdir.

Şevçenko daha sonra Feysbuk səhifəsində yazıb ki, istintaq
hərəkətlərinin keçirilməsi zamanı operativ qrup qumbaralara oxşar
iki predmet tapıb. Bundan başqa, Kiyev polisinin rəisi Andrey
Kişenko bildirib ki, qumbaralarla yanaşı, polis “Molotov
kokteylləri”ni götürüb. O, isə 50 nəfərin saxlanıldığını
vurğulayıb.

Qedy edək ki, çadır şəhərciyinin Gürcüstanın keçmiş prezidenti,
Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin
tərəfdarları tərəfindən qurulduğu bildirilir. Çadır şəhərciyi hələ
keçən ilin oktyabrında qurulmuşdu. Nümayişçilərin tələbləri
arasında genişmiqyaslı siyasi islahatların keçirilməsi, deputat
toxunulmazlığının məhdudlaşdırılması, həmçinin prezidentin
impiçmenti haqqında qanunların qəbulu var idi.

Saakaşvilinin özü isə Ukrayna hakimiyyəti tərəfindən fevralın
12-də Polşaya deportasiya edilib. Siyasətçi Kiyevin hərəkətlərini
qeyri-qanuni adlandırıb və inandırıb ki, Ukraynaya qayıtmaq üsulu
tapacaq.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp