Keçmiş məhkum narkotiklə saxlanıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Balakən sakinində narkotik vasitə
aşkarlanıb.
Publika.az Daxili İşlər Nazirliyinin saytına
istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində Gəncə dəmir yolu stansiyasının ərazisində Balakən rayon
sakini, əvvəllər məhkum olunmuş Mahir Aşırovdan 2 kiloqram 270 qram
marixuana götürülüb.