“Kəpəz”in qələbə həsrəti bitdi – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura
start verilib.

Publika.az xəbər verir ki, açılış oyununda
“Kəpəz” debütant “Səbail”i qəbul edib. Gəncə şəhər stadionunda
keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb –
2:1.

Hesabı 23-cü dəqiqədə penalti zərbəsi ilə Dario Frederiko açıb.
Bu, braziliyalı hücumçunun “Kəpəz”ə qayıdışından sonra ilk qolu
olub. 30-cu dəqiqədə “Səbail”in yeni transferi Yevgeni Koçuk
bərabərlik qolunu vurub. Lakin 49-cu dəqiqədə Tərzin Cahangirov
qələbə topuna imza atıb.

Beləliklə, “Kəpəz” Yunis Hüseynovun baş məşqçi olduğu dövrdə ilk
qələbəsini qazanıb. Gəncə komandası sonuncu dəfə X turda Şahin
Diniyevin rəhbərliyi altında çıxış etdiyi vaxt Bakıda “Keşlə”ni
yenmişdi – 2:0. Sonrakı 8 qarşılaşmanın hamısında uduzan
“sarı-göylər” həm də cari mövsümdə doğma azarkeşlər önündə birinci
dəfə qalib gəlib.

Lakin bu qələbə “Kəpəz”i sonuncu pillədən xilas etməyib.
Xallarını 10-a çatdıran Gəncə təmsilçisi yenə 8-ci pillədədir və
7-ci mövqedəki “Keşlə”dən 2 xal geri qalır. “Səbail” isə 17 xalla
6-cı pillədədir.

Tura martın 4-də keçiriləcək “Qəbələ” – “Neftçi” və “Zirə” –
“Keşlə” matçları ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp