İlham Əliyev bu sahədə işləyənlərin əməkhaqlarını artırdı (YENİLƏNDİ)



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman
müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması
haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, dövlət büdcəsindən
maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində
çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq
vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10
faiz artırılıb.

***

Prezident İlham Əliyev kənd təsərrüfatı, ekologiya və
ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin
əməkhaqlarının artırılması haqqında sərəncam
imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, ekologiya
və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları
2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

***

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması
haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının dövlət
büdcəsindən maliyyələşən Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev
Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzi, Azərbaycan Milli Ensiklopediyası” Elmi
Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının
dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət
arxivləri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla
Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan
Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi
fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına
Dövlət Dəstəyi Şurasının Katibliyi, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları
2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bundan başqa, sərəncamda Nazirlər Kabinetinə dövlət orqanlarının
tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların
dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında
əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta
hesabla 10 faiz artırılmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu qurumlarda çalışan rəhbər və digər
işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etməli,
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama
uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama
uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməli, eləcə də bu sərəncamdan irəli gələn digər məsələləri həll
etməlidir.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər
Kabinetinə məlumat verməlidir.

***

Prezident İlham Əliyev mənzil-kommunal, nəqliyyat və
rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması
haqqında sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən mənzil-kommunal, nəqliyyat
və rabitə sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə
müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın
1-dən orta hesabla 10 faiz artırılıb.

***

Prezident İlham Əliyevmeliorasiya, su təsərrüfatı və
balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən meliorasiya, su təsərrüfatı
və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın
1-dən orta hesabla 10 faiz artırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp