Həbsxanaya narkotik keçirmək istədilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat
aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin
keçirilməsi cəhdinin qarşısı alınıb.

Publika.az-ın xəbərinə görə, Penitensiar
Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki,
Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü
maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum
Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş
atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və
əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi
0,593 qram narkotik maddə – marixuana aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp