Dəniz sahilindəki evlər hər an təxliyə EDİLƏ BİLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-da tufan səbəbi ilə 5500-dən çox uçuş ləğv
edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, ölkənin şimal-şərqində dünən səhər saatlarından güclü külək,
tufan və şiddətli yağış müşahidə edilir.

Hava şəraiti ilə əlaqədar olaraq 5536 uçuş ləğv edilib, 17 min
səfərdə isə gecikmə olub. Nyu-Yorkun Con F.Kennedi Beynəlxalq Hava
limanında yerli saatla saat 23:00-dan etibarən 462 uçuşun ləğv
edildiyi bildirilib.

Ölkənin ən böyük dəmiryolu şirkətindən Amtrak isə Nyu-York və
Boston şəhərləri arasında qatar səfələrinin də ləğv edildiyini
açıqlayıb.

Bu ana qədər tufan səbəbindən ən azı 5 min nəfər ölüb, 1
milyondan çox insan isə elektriksiz qalıb. Tufan ən çox ölkənin
Massaçauets ştatının Boston şəhərinə mənfi təsir edib.

Bostonda dənizdə qabarıqlıq artıb, sel fəlakəti ilə bağlı
xəbərdarlıq edilib. Dalğanın hündürlüyü rekord həddə yüksəlib.
Şəhərdə 440 min nəfər elektriksiz qalıb.

Vaşinqtonda cümə günüdən dövlət qurumları və məktəblər bağlanıb.
Rəsmilər dəniz sahillərində yaşayan əhalinin hər an təxliyə
edilməsi ilə bağlı hazır vəziyətə gətirilir.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp