Bu marşrut avtobuslarının dayanacağı dəyişdirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

15 marşrut xətti üzrə avtobusların son və aralıq
dayanacaq məntəqələri müvəqqəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a
verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində
aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13,
14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli
müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq
məntəqələri dəyişdirilib.

Sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən
dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək.

Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə
avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal”
metrostansiyasının qarşısına keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp