Bu gün rezidenturaya sınaq imtahanı keçirilir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi bu gün rezidenturaya qəbul olmaq
istəyən namizədlər üçün sınaq imtahanı keçirir.

Mərkəzdən Publika.az-a verilən məlumata görə,
sınaq imtahanı DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28
ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası)
kompüter vasitəsilə elektron formada keçirilir.

Sınaq imtahanı rezidenturaya qəbul imtahanının birinci mərhələsi
(baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə
keçirilir.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə
ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp