Baş prokurorluq Əyyub Kərimovun ölümünün SƏBƏBİNİ AÇIQLADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Jurnalist, hüquqnas Əyyub Kərimovun ölümü ilə bağlı
cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən
Publika.az-a verilən məlumatda bildirilib ki,
martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov
rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub
Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri
tərəfindən kəskin qaz iyi hiss olunmaqla meyitinin aşkar olunması
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal
həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz
İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin
əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış
keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət
aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından
boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə
olunaraq ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb
Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon
şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki,
Ə.Kərimovun ölümünə səbəb “dəm qazı ilə zəhərlənmə” olub.

Ə.Kərimovun ailə üzvləri tərəfindən onun ölməsi ilə bağlı hər
hansı şikayət daxil olmayıb.Faktla bağlı Nərimanov rayon
prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp