Bağçalarla bağlı YENİ QƏRAR – Mühafizəçi və həyəcan düyməsi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil
müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin
mühafizəsi ilə bağlı normativlər barədə” qərar verib.

Publika.az xəbər verir ki, qərara əsasən
müəyyən edilib ki, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus
daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsinin təşkili üçün
hər bir dövlət məktəbəqədər təhsil müəssisəsi 2 gözətçi və Daxili
İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında
həyəcan düyməsi ilə təmin edilir.

Maliyyə Nazirliyinə tapşırılıb ki, 2019-cu ildən etibarən dövlət
məktəbəqədər təhsil müəssisələrinin həyəcan düyməsi ilə təchiz
olunması üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə
razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində
nəzərdə tutulmasını təmin etsin.

Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq
müəssisələrinin nümunəvi ştatı haqqında” qərara əsasən indiyə qədər
müstəqil binası, iki və daha çox qrupu olan uşaq bağçaları
binalarını, o cümlədən körpələr evi-uşaq bağçaları binalarını
qorumaq üçün istirahət və bayram günləri də daxil olmaqla, 2 vahid
gözətçi vəzifəsi müəyyən edilə bilərdi. Başqa sözlə, uşaq bağçaları
və körpələr evi-uşaq bağçaları binalarını qorumaq üçün iki gözətçi
vəzifəsinin müəyyən edilməsi qəti tələb olaraq müəyyənləşməmişdi.
Yeni qərarın qəbulu ilə əlaqədar bu müddəalar ləğv edilib.
Beləliklə, “Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz
əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər
barədə” qərara əsasən artıq hər bir dövlət məktəbəqədər təhsil
müəssisəsi mütləq 2 gözətçi və Daxili İşlər Nazirliyinin Baş
Mühafizə İdarəsi ilə müqavilə əsasında həyəcan düyməsi ilə təmin
edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp