Azercell Qubada ikinci Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni
konsepsiyaya uyğun magazalarının sayını paytaxt və regionlar boyu
artırmaqda davam edir.

Publika.az xəbər verir ki, Azercell martın
2-dən Qubada yeni konsepsiyaya uyğun artıq ikinci Eksklüziv
mağazasının açılışını edib. Quba şəhəri,Qələbə küç. 12 ünvanında
yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni
Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi
özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim
imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi
məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün
seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə
müştərilərə peşəkar satıcılar dəstək olur.

Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları
istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim
olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil
texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə
edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala
bilərlər.

Qeyd edək ki, Qubada fəaliyyət göstərəcək bu mağaza da həftənin
bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a
qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə
olaraq daha bir endirimli kampaniyasını təqdim edib. Belə ki,
açılış günündə Quba Azercell Eksklüziv mağazasından alış-veriş edən
müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə
edə ediblər.Azercell Telekom yaxın il ərzində yeni konsepsiyalı
Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha
rahat və faydalı xidmət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp