Axtarışda olan 29 nəfər tutuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Mart ayının 2-dən 3-dək daxili işlər orqanları
tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da
25-i “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin
açılması təmin olunub. Axtarışda olduğuna görə 29 nəfər
saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12,
qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp