Almanlar Afrinə görə məşhur türk futbolçuya HÜCUM ETDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin futbol üzrə milli komandasının üzvü Nuri
Şahin irqçi Almanlar və PKK terror təşkilatı tərəfdarlarının
hədəfinə çevrilib.

Publika.az bu ölkənin mətbuatına istinadən
xəbər verir ki, buna səbəb futbolçunun “Zeytun budağı” hərəkatı
zamanı Afrində şəhid olan əsgərlərin yaxınlarına Tviterdə
başsağlığı verməsidir.

Xəbərdə bildirilir ki, Dortmund komandasının formasını geyinən
Nuri Şahinə qarşı aparılan qaralama kampaniyası Almaniyanın Türkiyə
düşmənliyinin bir daha göstərir.

N.Şahin paylaşımında “Afrinə həyatını itirən şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Başımız sağ olsun,
geridə qalanlara Allah dayanma gücü versin”, – deyə yazıb.

Bunu həzm edə bilməyən terorçu və irqçilər N.Şahinə qarşı
təhqiramiz mesajlar yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp