Aktrisalara soyunmaq QADAĞAN EDİLDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Amerikalı aktyorların həmkarlar ittifaqı olan “Equity”
(“Bərabərlik”) seks-qalmaqalların, psixoloji təzyiq və təcavüzlərin
qarşısını almaq məqsədilə kinematoqrafçılar üçün qaydalar dərc
edib.

Publika.az xəbər verir ki, tövsiyə-qaydalar
gender bərabərliyi, kastinq prosesi və yataq səhnələrinin çəkilməsi
məsələlərinə toxunur.

Qaydalar rejissorların rola namizədliyini irəli sürən
aktyorlardan soyunmaq tələbini qadağan edib. İstisna hal isə yalnız
əvvəlcədən danışılmış olarsa və səhnədə baş verərsə, mümkün ola
bilər.

Bundan başqa, kastinq zamanı aktyorlardan və aktrisalardan seksi
immitasiya edən etüd göstərməyi tələb etmək olmaz. Prodüserlər
aktyoru və aktrisanı filmdəki erotik səhnə haqda müqavilə
bağlamazdan əvvəl xəbərdar etməlidirlər.

Xatırladaq ki, Hollivudda məşhur prodüser Xarvi Vaynşteynlə
yaşanan seks qalmaqallarından sonra başqa rejissorların və
aktyorların da vəzifəsindən, mövqeyindən istifadə edərək təcavüzkar
hərəkətlər etdiyi ortaya çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp