Əvvəl məhkum olmuş Bakı sakinlərdən silah aşkarlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Nəsimi və Nərimanov rayonlarında əvvəllər məhkum
olunmuş şəxslərdə silah aşkarlanıb.

Publika.azın Daxili İşlər Nazirliyinin saytına
istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci
PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin
Məmmədovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8
ədəd patron götürülüb.

Həmçinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı
şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd
nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və
5 ədəd patron götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir