Yanğın zamanı 200 nəfər təxliyyə edilib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səhiyyə Nazirliyin Respublika Narkoloji Mərkəzində baş
vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək
nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma
nəticəsində yanğın baş verib.

“Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin
10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxananda
müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı
vaxtında təxliyyə etmək mümkün olub.

Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım
göstərilir. Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq,
yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək
mümkün olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp