XİN Nalbandyana CAVAB VERDİ: Ermənistanın uğursuz xarici siyasətinə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan xarici işlər naziri seçki qabağı dövrdə
daxili istehlak üçün Ermənistanın uğursuz xarici siyasətinə bu kimi
yalanlarla bəraət qazandırmağa çalışır.

Bunu Publika.az-a XİN-nin mətbuat xidmətinin
rəhbəri Hikmət Hacıyev Ermənistanın Xarici İşlər naziri Edvard
Nalbandyanın Dağlıq Qarabağın statusunu orada yaşayanların müəyyən
etməli olduğuna dair açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli yolları və prinsipləri hər kəsə bəllidir,
münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və
Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi çərçivəsində həll edilməlidir:

“Azərbaycan əleyhinə hərbi təcavüzün və etnik təmizləmənin
məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını
təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu
təhrif edir. Ermənistan xarici işlər nazirinin bu iddiasının
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT)
Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə
nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə
heç bir əlaqəsi yoxdur. Dövlətlərin suverenliyinə və ərazi
bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən
məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq
normalarının kobud pozulması ilə müşayiət olunan hallara
münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması
iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində öz
müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq
hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun
şəkildə ifadə edilməsini təsbit edib. Bu kimi lüzumsuz propaqanda
ilə məşğul olmaq əvəzinə Ermənistan tərəfinin münaqişənin həlli
üzrə substantiv və məntiqi danışıqlarda ciddi və məsuliyyətlə
iştirak etməsi daha faydalı olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp