UEFA İcraiyyə Komitəsində MALİYYƏ YEYİNTİSİ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ukrayna Futbol Federasiyasının (FFU) sabiq prezidenti və
UEFA İcraiyyə Komitəsinin üzvü Qriqori Surkis 2 milyon avronu israf
etməkdə şübhəli bilinir.
“Report”un “Prosport.ua”ya istinadən verdiyi məlumata görə,
Avropa futbol qurumu bu vəsaiti ölkədə futbolun inkişafına ayırıb.
Lakin Q.Surkis və onun müavini Aleksandr Bandurko həmin pulları
Kiyev yaxınlığında milli komanda üçün bazanın tikintisinə sərf
edib. Lakin bu layihə hələ də ərsəyə gəlməyib.
FFU-nun hazırkı rəhbərliyi məsələ ilə bağlı araşdırmalar
aparır.