UEFA dünyanın ən böyük liqasını QURUR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

UEFA bütün dünya ölkələrini əhatə edəcək yeni bir turnir
təşkil etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, layihənin adı
“Qlobal Ölkələr Liqası” olacaq.

Slovakiyada keçirilən konqresdə Çempionlar və Avropa Liqasının
gələcəyi ilə bağlı radikal dəyişikliklər edən ali futbol qurumu
yeni və daha genişmiqyaslı liqanın hazırlıqlarına da başlayır.
“Qlobal Ölkələr Liqası”nda sadəcə Avropa deyil, dünyanın hər
yerindən milli komandalar yarışa biləcək. Bu layihə bir növ Dünya
Çempionatının kiçik modeli olacaq.

UEFA-nın səlahiyyətli nümayəndələrinin Almaniya mətbuatına
verdiyi açıqlamada Avropadakı Ölkələr Liqasını genişləndirərək
dünyəvi səviyyəyə çatdırmaq niyyətlərinin olduğunu bildiriblər.

Plana görə, turnir 2 ildə bir dəfə keçiriləcək. İlk ələmə
mərhələləri 2020-ci ildə gerçəkləşdiriləcək nəhəng layihənin ilk
finalı 2021-ci ildə olacaq. Yeni layihənin qlobal çərçivədə olması
UEFA-nın FİFA-ya meydan oxuması kimi dəyərləndirilir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp