Türkiyə ordusu 8 şəhid verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror
təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata
keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 8 türk əsgəri şəhid
olub, 13 nəfəri isə yaralanıb.

Publika.az “Milliyet”ə istinadən xəbər verir
ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat
yayıb.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı
şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23
terrorçunun zərərsizləşdirildiyi qeyd olunur.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın
Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi
əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror
təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına
başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp