Tovuzda inşa olunan Bayraq muzeyi tezliklə istifadəyə veriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tovuzda Bayraq muzeyi inşa olunur. Rayon icra
hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muzeyin
tikintisi cari ilin iyulunda yekunlaşacaq.

Orijinal layihə əsasında inşa edilən Bayraq muzeyində zəngin
dövlətçilik ənənələrinə malik Azərbaycanın keçdiyi çətin və şərəfli
tarixi yol, ayrı-ayrı dövrlərdə ölkəmizdə yaranmış dövlətlərin
xəritələri, bayraqları və dövlət nişanları nümayiş etdiriləcək.
Muzeydə, həmçinin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra qəbul olunan dövlət atributları, eləcə də Konstitusiya
mətnləri və digər mühüm tarixi sənədlər, fotolar və milli geyimlər
sərgilənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp