Torpaqların qaytarılmasının YEGANƏ YOLU, ölümcül zərbə üçün ƏMR…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistanın yeni prezidentinin adı məlum oldu. Türkiyə
“Zeytun budağı” əməliyyatında daha 8 şəhid verdi. Zeytin budağı”
əməliyyatında ikinci mərhələ başlayıb. ABŞ hipersəsli silahın sınaq
uçuşlarına 2019-cu ildə başlayacaq. ABŞ Dövlət Departamenti 37
“Javelin” tank əleyhinə kompleks və 210 raketin Ukraynaya satışını
bəyənib.

Bu gün Ermənistan parlamentində prezidentin
seçilməsi ilə bağlı səsvermə keçirilib.
Səsvermənin
nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti
seçilib.

“Sarkisyana 90 deputat səs verib, 10-u onun namizədliyinə qarşı
çıxıb. Beləliklə, o, Ermənistan prezidenti seçildi. Səsvermədə 101
deputat iştirak edib. Bir bülleten etibarsız tanınıb”, –
qanunverici orqanının hesablama komissiyasının başçısı Qaqik
Melikyan plenar iclasın gedişatında bildirib.

Armen Sarkisyanın özü parlamentdə keçirilən
dinləmələrdə ənənəvi “Kiçik dövlət, böyük millət” şüarından və
Ermənistan qarşısında duran ağır çağırışlar haqqında
danışıb.
O, prezident seçiləcəyi halda Ermənistan,
“Dağlıq Qarabağ Respublikası” separatçı rejimi və diaspora
məsələlərinin həllində bütün təcrübəsi və enerjindən istifadə
edəcəyini söz vermişdi. Və sonra ümumiyyətlə, bildirdi ki, “XXI əsr
ermənisi” ola bilər. Onun bununla nəyi nəzərdə tutduğu isə tamamilə
aydın deyil.

Bizi şübhəsiz ki, ən çox maraqlandıran məsələ, yeni prezidentin
Dağlıq Qarabağa münaqişəsinin həlli prosesinə baxışının necə
olacağıdır.

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK
terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata
keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 8 türk əsgəri şəhid
olub, 13 nəfəri isə yaralanıb.
Bu barədə Türkiyə
Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı
şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad
Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin
budağı” əməliyyatının birinci mərhələsi 120 kilometrlik Azez-Deyr
Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa
çatdı.
Əməliyyat çərçivəsində bu günə qədər bölgənin
25 faizi terrorçulardan təmizlənib.

Raco, Şeyx Əl-Hadid və Cinderesi cənub, cənubi-şərq və qərbdən
mühasirəyə alan birliklərin Afrinin mərkəzinə 1-1,5 kilometr
uzaqlıqda olduğu bildirilir.

ABŞ YPG terror təşkilatı ilə bağlı Türkiyəyə verdiyi
vədə əməl edəcək.
Bu sözləri adının açıqlanmasını
istəməyən ABŞ rəsmisi deyib.

O bildirib ki, Vaşinqton Menbiçdə YPG-nin mövcudluğuna imkan
verməyəcək.

Mənbə bildirib ki, ABŞ tərəfi Afrində türk ordusunun dinc
sakinlər arasında ölüm hallarının azaldılması üçün bütün
tədbirlərdən istifadə etdiyinə əmindir.

ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır.
Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə
başlanacaq.
Bu haqda ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı
Stiven Uoker bildirib.

“Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”-
Stiven Uoker deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin
Federasiya Şurasına martın 1-də etdiyi illik müraciətində Rusiya
silahlarının ən yeni nümunələrini nümayiş etdirdi.
O
vurğuladı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik
deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

Prezident çıxışında prezident müdafiə sənayesi sahəsində
müvəffəqiyyətlərə toxundu və qeyd etdi ki, qərb partnyorları
1990-cı illərin sonlarında Rusiyanın hərbi potensialının bərpasını
qeyri-mümkün hesab edirdilər.

Rusiya ABŞ-la hərbi toqquşmadan qaçmaq üçün əlindən
gələn hər şeyi edib.
Bunu “Qovorit Moskva” radiosuna
müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova söyləyib.

“Putinin dünənki çıxışı bunu göstərir. Hər şey edilib ki,
toqquşma olmasın. Rusiyanın ABŞ-ın danışıqlara cəlb etmək cəhdləri
nəticəsiz qalıb. Biz digər keyfiyyətli danışıqlara hazırıq. Bu
xahiş və ya izah olmayacaq. Bu danışıq tam ayrı mövqeyə
əsaslanacaq”, – deyə o bildirib.

Rusiya özünə və Kollektiv Təhlükəsizlik Müqavilət
Təşkilatındakı müttəfiqlərinə qarşı silah tətbiqi zamanı
öhdəlikləri çərçivəsində fəaliyyət göstərəcək.
Bunu
jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov söyləyib.

“Rusiyanın KTMT və digər müttəfiq öhdəlikləri var. Bu, kifayət
qədər aydındır”, – deyə o bildirib.

Qeyd edək ki, Putin bundan öncə Rusiya və müttəfiqlərinə qarşı
nüvə hücumu zamanı səssiz qalmayacaqlarını bildirib.

Dünən həmçinin Rusiya Dumasının Təhlükəsizlik Komitəsi sədrinin
müavini Aleksandr Şerin də Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının ölkələri, həmçinin Suriya, İran, Şimali Koreya, Çin və
Türkiyənin Rusiyanın müttəfiqləri olduğunu və bu ölkələrə qarşı hər
hansı nüvə hücumu olarsa, Moskvanın hərəkətə keçəcəyini
söyləyib.

KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və
Qırğızıstan daxildir.

ABŞ Dövlət Departamenti 37 “Javelin” tank
əleyhinə kompleks və 210 raketin Ukraynaya satışını
bəyənib.
Silahların dəyəri 47 milyon dollar
qiymətləndirilir.

İndi tərəflər müqaviləni bağlaya bilər. Pentaqondan bildiriblər
ki, saziş Ukraynanın təhlükəsizliyinin yüksəldilməsi yolu ilə
ABŞ-ın milli təhlükəsizliyinə imkan yaradacaq, amma regionda hərbi
balansı dəyişdirməyəcək.

“Donbasda silahlı konfliktə görə məsuliyyət Ukrayna
prezidenti Pyotr Poroşenkonun üzərinə düşür”.
Bunu
Moskvada mətbuat konfransında Ukraynanın keçmiş lideri Viktor
Yanukoviç bildirib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp