Terrorçuların XAİN PLANI üzə çıxdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror
təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin
etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya
Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı
41-ci günündə uğurla davam edir.

Publika.az xəbər verir ki, 42 gündür davam edən
hərəkat çərçivəsində 2222 terrorçu zərərsizləşdirilib.

Afrin ərazisində 1083 təpədə tunellərdən çıxan 100-ə yaxın
terrorçu təhlükəsizlik qüvvələrinə çiyindən atılan raket və digər
ağır silahlarla hücum edib. İnsident zamanı 8 əsgər şəhid olub, 13
əsgər isə yaralanıb. Birləşmiş qüvvələr dərhal cavab atəşi
açıb.

Terrorçuların çiskinli havadan istifadə edərək Türkiyə Silahlı
Qüvvələrinə hücum etdiyi bildirilib. Buna baxmayaraq, Afrinə giriş
üçün strateji önəm daşıyan Kəltəpə terrorçuların əlinə
keçməyib.

Terrorçuların atış nöqtələrinin radarlar vasitəsilə təsbit
edilməsindən sonra F-16 qırıcı təyyarələri onların tutduğu mövqeyi
və qaçış nöqtələrini bombardman altına alıb. Qarşıdurmada birləşmiş
qüvvələrin üzvləri ilə yanaşı, 22 terrorçu həlak olub.

Şiddətli qarşıdurmadan sonra bölgəyə əlavə dəstək göndərilib.
ATAK helikopterləri havadan dəstək verməyə çalışsa da,
terrorçuların təzyiqlərindən və qurudan açılan atəşdən sonra geri
qayıtmağa məcbur olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində yaşanan
qarşıdruma ilə bağlı Baş qərargah rəisi Akar və Daxili işlər naziri
Soylu ilə telefonla danışıb və onlara başsağlığı verib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp