Soyuğa görə oyundan imtina etdilər
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Rusiyanın “Spartak Moskva” komandası Samara şəhərini
təmsil edən “Krıliya Sovetov”la qarşılaşmaqdan imtina
edib.
Publika.az xəbər verir ki, paytaxt təmsilçisi
buna səbəb olaraq hava temperaturunun -15 dərəcə olduğunu
göstərib.
Qarşı tərəf isə “Spartak Moskva”nı qorxaq adlandırıb.
Qeyd edək ki, sözügedən komandalar Rusiya Çempionatının
yarımfinalı çərçivəsində 28 fevralda görüşməli idilər. Lakin kəskin
soyuğa dözə bilməyən “Spartak Moskva” matçı qeyr-müəyyən bir tarixə
təxirə salmağı tələb etmişdi.
Zümrüd