Salyanda DYP postuna silahlı hücum



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı
hücum olub.

“Report” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda
rayon ərazisindəki DYP postunda qeydə alınıb.

Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il
təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan
atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən
uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən
“saxla” işarəsi verilsə də o, buna məhəl qoymayıb və maşınla
Kürsəngi kənd sakini, polis əməkdaşı 1982-ci il təvvəllüdlü Dəmirov
Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət, həmin şəxs polis
əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol
hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada
cərimələnib. Buna görə Orxan Bağırovun hadisə törətdiyi ehtimal
olunur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp