Respublika Narkoloji Mərkəzində yanğın, ölən var



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji
Mərkəzinin binasında yanğın baş verib.

“Report” xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq
xilasetmə qüvvələri, eləcə də “təcili tibbi yardım” briqadaları
cəlb olunub.

Yanğın zamanı 1 nəfər ölüb. Meyiti aşkar edilən şəxsin Mərkəzdə
müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum
olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə
yerinə cəlb olunublar.

Yanğınsöndürmə işləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp